Yuxarı

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlum İlham Dadaşov 1992-ci ildə itkin düşüb. Ermənilər meyiti vermədilər. Sonra onlar məndən meyiti qaytarmaq üçün bir ton benzin istədilər. Ermənilər oğlumun cəsədini yalnız benzin qarşılığında verə biləcəklərini dedilər. Lakin mən başqa ailələrin gözü yaşlı qalmasın deyə təklifdən imtina etdim. Mən övladımdan keçdim. Ancaq benzin vermədim.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu “Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə itkin düşmüş hesab edilən 40 şəxsin ailə üzvlərinin Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfərində iştirak edən Elmira Dadaşova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, oğulları cəbhədə döyüşən anaların övlad itkisi ilə üzləşməməsi üçün erməni quldur birləşmələrinin təklifi ilə razılaşmayıb:

“Digər anaların da mənim kimi əzab çəkməsini istəmədim. Səfər zamanı oğlumun uğrunda canını fəda etdiyi Vətən torpağını qucaqladım, balamın ətrini həmin torpaqlardan aldım.

Mənim, bütün itkin ailələrinin tələbi budur ki, Ermənistan məzarların yeri barədə məlumat versin. Mən 34 ildir bala deyib ağlayıram”.

Qeyd edək ki, otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyi bir qrup itkin ailəsinə az da olsa təskinlik vermək üçün onların işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edib. Səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. İtkin ailələrinin üzvləri Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanlarını da ziyarət ediblər.

Tarix
2024.10.14 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

MM spikeri təşəkkür etdi: Məni ilk təbrik edən...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla