Yuxarı

Santuş Slovakiya ilə oyunu şərh etdi: Biabırçı məğlubiyyət...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu biabırçı məğlubiyyət adlandırmazdım.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzduqları Millətlər Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis 68 dəqiqə yaxşı oyun sərgilədiklərini bildirib:

"Bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi. Bəzi elementləri yaxşılaşdırmalıyıq. Bunun üçün vaxt lazımdır. Məncə, hakimin qərarı da qərəzli idi. İki sarı vərəqə müzakirə mövsuzu olmalıdır".

Santuş qısa müddət ərzində proyektin reallaşmasının mümkünsüz olduğunu qeyd edib:

"Zaman lazımdır. Bir neçə ildən sonra komanda istənilən rəqibə qarşı normal oyun göstərə biləcək. Millidə potensial görürəm. Sadəcə, bizə vaxt lazımdır. Bu gün komanda müsbət nəticə qazanmaq üçün hər şeyi etdi. Qırmızı vərəqə olmasaydı, tamam fərqli nəticə görə bilərdik. 68 dəqiqə ərzində effektik futbol gördüm. Heç kim bu nəticəni arzulamaz. Məncə, düzgün yoldayıq. Gələcəkdə yaxşı nəticələrə ümid etmək olar".

Tarix
2024.10.14 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla