Yuxarı

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Gürcüstan uğrunda regional və qlobal güclər arasında mübarizə şiddətlənməkdədir. Bu mübarizədə, ələlxüsus, Qərbin müəyyən mərkəzləri rəsmi Tiflisə qarşı təzyiqlərini gücləndirməkdədirlər.

Axar.az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyov deyib.

Onun sözlərinə görə, buna səbəb Gürcüstan hakimiyyətinin suveren qərarlar verməsi, məhz öz milli maraqlarından çıxış etməsidir:

“Misal üçün, Gürcüstanın xalq tərəfindən seçilən legitim parlamentarilərinin qəbul etdiyi son qanunlar okeanın o tayında və Avropada birmənalı qarşılanmır və məlum qanunların ləğvi rəsmi Tiflisdən tələb olunur. Dövlətlərin daxili işlərinə bu cür kobud şəkildə müdaxilələr Qərb təcrübəsində ilk və son deyil”.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda öz dayaqlarını və təsir vasitələrini gücləndirmək üçün bütün vasitələrə əl atmaqdadır.

E.Əzizbəyov qeyd edib ki, Qərb “bulanıq suda balıq tutmaq asandır” prinsipi ilə Ermənistan və Azərbaycan arasındakı münasibətləri daha da gərginləşdirir, Ermənistanı silahlandırır, Gürcüstanda isə sabitliyi pozaraq ictimai-siyasi vəziyyəti gərginləşdirir:

“Bununla da Şərqi Avropa və Yaxın Şərq ilə bərabər Qara dəniz - Xəzər bölgəsində "parçala və hökmranlıq et" prinsipini işə salır, qlobal rəqiblərinə qonşuluqda yerləşən coğrafiyalarda xaos yaradılır. Əminəm ki, gürcü xalqı bu proseslərin də öhdəsindən gələrək dövlətlərinin suveren və müstəqil inkişaf yoluna səs verəcəklər. Sabit Gürcüstan Cənubi Qafqazın gələcəyi baxımından olduqca vacibdir”.

Tarix
2024.10.14 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

MM spikeri təşəkkür etdi: Məni ilk təbrik edən...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla