Yuxarı

MM spikeri təşəkkür etdi: Məni ilk təbrik edən...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova orada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, parlamentə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Qurtulmuş Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub.

Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2024.10.14 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla