Yuxarı

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ombudsmanı Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Axar.az xəbər verir ki, Ombudsman 14 oktyabr tarixində Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxsin piyada əleyhinə minaya düşərək yaralandığını vurğulayıb.

"İkinci Qarabağ müharibəsindən bugünədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.

Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə ekoloji böhranın yaranması ilə də nəticələnir.

Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir", - Ombudsmanın bəyanatında deyilir.

Tarix
2024.10.14 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

MM spikeri təşəkkür etdi: Məni ilk təbrik edən...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla