Yuxarı

Zaqatalada daha bir azyaşlı öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada daha bir azyaşlı öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

Müayinə zamanı azyaşlı M.Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan həkim müdaxilələrinə baxmayaraq, axşam saat 19 radələrində Reanimasiya şöbəsində M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, yanvarın 7-də Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

Hər iki faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2025.01.08 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda Türkiyə bayrağı yandırıldı: Rəsmi Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla