Yuxarı

Yataqxanada yanğın: Sakinlər təxliyə edildi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yataqxanada yanğın: Sakinlər təxliyə edildi - Video

Sumqayıt şəhəri 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan otaqda ev əşyaları 10 kvadratmetr sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.

Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Tarix
2025.02.28 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla