Yuxarı

Ənvər Həsənov vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ənvər Həsənov vəfat etdi

Azərbaycanın xalq artisti Ənvər Həsənov 75 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə jurnalist Vasif Ayan sosial şəbəkə hesabında yazıb.

“Çox böyük təəssüf hissi ilə bildirirəm. Əziz dostum, görkəmli sənətkar Ənvər Həsənov az öncə dünyasını dəyişdi. Qızı Aytən xəbəri göz yaşları içərisində mənə az öncə bildirdi. Çox sarsıldım. Ruhun şad olsun, Ənvər əmi. “Uşaqlığın son gecəsi” bitdi...” – o bildirib.

Qeyd edək ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Ə.Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmlərində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, “Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmlərini çəkib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarını alıb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı, o, xəstəxanaya yerləşdirilmişdi.

Tarix
2025.03.16 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla