Yuxarı

Masallıda 18 yaşlı qız itkin düşdü: 11 gündür axtarılır...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda 18 yaşlı qız itkin düşdü: 11 gündür axtarılır...

Masallıda 11 gündür itkin düşmüş hesab edilən 18 yaşlı yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də gecə saat 23:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

İtkin düşmüş hesab edilən Şəfa ilə bağlı bəzi təfərrüatlar məlum olub. Kənd sakinlərinin sözlərinə görə, ailə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayıb. Ailə bir neçə ay bundan əvvəl Azərbaycana qayıdıb.

Ailədaxili problemlər də bundan sonra başlayıb. Sakinlər valideynlərin ayrıldığını və hazırda kənddə yaşamadıqlarını bildirirlər. Şəfanın da Bakı şəhərində anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir.

Hazırda deyilənlərə baxmayaraq polis əməkdaşları 18 yaşlı qızın axtarışlarını davam etdirir.

Tarix
2025.05.22 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla