Yuxarı

Qobustanda ağır qəza baş verdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qobustanda ağır qəza baş verdi - Video

Qobustan rayonu ərazisində baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Axar.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Çağırış əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedici heyəti dərhal hadisə yerinə cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, FOTON markalı yük avtomobili ilə “Şevrolet” markalı minik maşınının toqquşması nəticəsində qəza baş verib. Zərbədən sonra yük avtomobili yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsində sıxılıb qalıb.

Yanğınsöndürən-xilasedicilər hadisə nəticəsində avtomobildə sıxılan 1989-cu il təvəllüdlü Zirəddin Azər oğlu Abdulkərimovu xüsusi texniki vasitələrdən istifadə etməklə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hazırda qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2025.05.24 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla