Yuxarı

Kürdəmirdə evdə partlayış baş verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə evdə partlayış baş verdi

Kürdəmirdə evdə partlayış yanğına səbəb olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Çöl Qubalı kəndində qeydə alınıb.

Kənd sakini Elnur Eyyub oğlu Məmmədova məxsus ikimərtəbəli evin ikinci mərtəbəsindəki 3 otaq və zaldan ibarət hissə konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Ev sahibinin sözlərinə görə, hadisə zamanı ona 70 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.05.30 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla