Yuxarı

Üç qurum mina partlayışı barədə məlumat yaydı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç qurum mina partlayışı barədə məlumat yaydı

19:35

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

Axar.az xəbər verir ki, hadisə rayonun Qızıloba kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov ərazidə mal-qara otararkən minaya düşüb.

Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.

***

Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşən 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Təcili əməliyyata götürülən yaralının bir ayağı amputasiya olunub.

***

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində baş vermiş mina hadisəsi barədə birgə məlumat yayıb.

Qeyd olunur ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Tarix
2025.05.30 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla