Yuxarı

Salyanda fermada güclü yanğın: 40 mal-qara tələf oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda fermada güclü yanğın: 40 mal-qara tələf oldu

Salyan rayonunda iribuynuzlu heyvanların tələf olması və ot bağlamalarının yararsız hala düşməsi ilə nəticələnən yanğın baş verib.

Axar.az xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Qardili kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Eyyub Şikarova məxsus təsərrüfatdakı ot tayasında başlayan yanğın qısa müddətdə güclənərək ətrafda yerləşən saxlanc yerinə də keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun lokallaşdırılması lazımı tədbirlər görülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 40 başdan çox iribuynuzlu heyvan tələf olub, xeyli sayda ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.06.11 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla