Yuxarı

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.

AFFA-dan Axar.az-a verilən məlumata görə, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.

Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.

Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.

Tarix
2025.07.30 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla