
Ukrayna ordusu geri çəkildi, bu şəhərə zərbələr endirir
22:29
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq Kuboku”nda final görüşünə çıxıb.
Axar.az xəbər verir ki, 60 kiloqram çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.
Qeyd edək ki, boksçu daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.
Tarix
2025.08.02 / 19:17
|
Müəllif
Axar.az
|