
Quterreşdən sabah keçiriləcək ABŞ görüşünə reaksiya
20:51
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Cənubi Koreya millisinin lideri Son Hın Min rəsmən ABŞ-ın "Los-Anceles" klubuna transfer olunub.
Axar.az xəbər verir ki, futbolçunun ABŞ klubuna keçidi 27 milyon dollara başa gəlib ki, bu da MLS tarixində ən bahalı transferidir.
Belə ki, MLS-də əvvəlki transfer rekordu keçən qış "Atlanta"nın forvard Emmanuel Latte Lata üçün 22 milyon dollar ödədiyi zaman reallaşmışdı.
Xatırladaq ki, Son Hın Min karyerasının son 10 ilini "Tottenhem"də keçirib. Bu müddət ərzində o, 454 oyun keçirib, 173 qol vurub və 101 məhsuldar ötürmə edib.
Tarix
2025.08.07 / 17:22
|
Müəllif
Axar.az
|