Yuxarı

"Benfika"ya qarşı ən yaxşı oyunlardan birini keçirəcəyik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Benfika"ya qarşı ən yaxşı oyunlardan birini keçirəcəyik

Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. Təbii ki, daha yaxşı hazırlaşmaq istərdik. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Hər bir halda təcrübəmiz var.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah “Benfika” ilə səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

“İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini oynayacaq. Çünki biz neçə illər idi ki, Çempionlar Liqasında bu mərhələdə oynamırdıq. Hər bir futbolçunun arzusu burada oynamaq idi. Sabah komanda çəkinmədən oynayacaq”, - Q.Qurbanov söyləyib.

Qeyd edək ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Tarix
2025.09.15 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla