Yuxarı

"Benfika"nı yaxşı analiz etmişik - Kadi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Benfika"nı yaxşı analiz etmişik - Kadi

Baş məşqçimiz dediyi kimi, bizim oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma istənilən halda bu oyuna hazırıq. Çünki hamımızın arzusu idi ki, belə yarışda iştirak edək. Nəhayət istəyimizə çatmışıq. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah Portuqaliyada "Benfika" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

“Həmişə demişəm ki, mənim üçün ən önəmli matç növbəti oyundur. Təbii ki, bu yarışın böyüklüyünü nəzərə alsaq, siz deyən kimi düşünmək olar. “Benfika” çox böyük klubdur və heyətində dünya səviyyəli futbolçular var. Buna baxmayaraq, onların oyununu yaxşı analiz etmişik”, - Kadi söyləyib.

Qeyd edək ki, “Benfika” - “Qarabağ” oyunu bu gün keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Tarix
2025.09.16 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla