Yuxarı

"Traktor" Çempionlar Liqasına heç-heçə ilə başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Traktor" Çempionlar Liqasına heç-heçə ilə başladı

Futbol üzrə Asiya Çempionlar Liqasında I tura start verilib.

Axar.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Əl-Əhli Dubay" klubunun qonağı olub.

"Əl-Rəşid" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

"Qızıl-qurdlar"ın heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin "Əl-Vahda" klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

Tarix
2025.09.16 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla