Yuxarı

Anasından xəbər gəldi, məşqçi göz yaşı tökdü - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anasından xəbər gəldi, məşqçi göz yaşı tökdü - Video

Kişi voleybolçular arasında baş tutan Braziliya – Serbiya qarşılaşmasından öncə birincilərin baş məşqçisi Bernardu Rezende göz yaşlarını saxlaya bilməyib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, oyun ərəfəsində 66 yaşlı mütəxəssisin 90 yaşlı anasının vəfat xəbərini aldığı məlum olub. Rezende komandadan kənarlaşsa da, meydanı tərk etməyib. O, özünü ələ almağa çalışıb, lakin bu, asan olmayıb.

Braziliya millisi 0:3 hesabı ilə məğlub olaraq sensasiyalı şəkildə dünya çempionatından kənar qalıb. İlk turda Çin üzərində (3:1), daha sonra isə Çexiya üzərində (3:0) qələbə qazanan komanda mərhələ adlamaq üçün serblərə qarşı görüşdə heç olmasa bir set qazanmalı idi.

Rezende Braziliya voleybolunun əfsanəvi simalarından biridir. O, oyunçu kimi 1982-ci ildə dünya çempionatının gümüş medalını qazanıb, 1984-cü il Olimpiadasında da “gümüş” əldə edib.

“Bernardinyu” 2001-ci ildə Braziliya yığmasına baş məşqçi təyin olunub və 2018-ci ilə qədər bu postda çalışıb. Onun rəhbərliyi altında komanda Afina-2004 və Rio-2016-da Olimpiya çempionu olub, Pekin və London Oyunlarında isə finala qədər yüksəlib. 2002, 2006 və 2010-cu illərdə dünya çempionatının qalibi Braziliya məhz onun rəhbərliyi ilə uğura imza atıb. 2023-cü ildə isə Rezende yenidən vəzifəsinə qayıdıb.

1994–2000-ci illərdə, o, qadınlardan ibarət Braziliya millisinin baş məşqçisi olub və komanda iki Olimpiadada gümüş medal qazanıb.

Tarix
2025.09.19 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla