Yuxarı

Böyük uğur: ruslar xeyli itki verdi, 7 məntəqə azad edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük uğur: ruslar xeyli itki verdi, 7 məntəqə azad edildi

Ukrayna ordusu Donetsk vilayətində Rusiya müdafiəsinə doğru 3-7 kilometr arasında irəliləyib. Dobropol istiqamətində əməliyyat zamanı ukraynalı müdafiəçilər yeddi yaşayış məntəqəsini azad edə bilib. Rusiya ordusu xeyli itki verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram hesabında məlumat yayıb.

"Yeddi yaşayış məntəqəsində nəzarət bərpa edilib, doqquzu düşmənin diversiya və kəşfiyyat qruplarından təmizlənib", - Sırski əlavə edib.

Onun sözlərinə görə, əməliyyat zamanı ümumilikdə 160 kvadrat kilometr ərazi azad edilib, daha 171 kvadrat kilometr ərazi düşmən diversantlarından təmizlənib.

Sırski bildirib ki, bu müddət ərzində Rusiyanın 1322 hərbçisi həlak olub. Rusiya ordusu 817 ədəd silah və hərbi texnika itirib, o cümlədən 12 tank, 37 zirehli döyüş maşını, 162 artilleriya sistemi, 5 yaylım atəşli reaktiv sistem məhv edilib.

Qeyd edək ki, Zelenski ötən gün 7 yaşayış məntəqəsinin azad edildiyini elan etmişdi.

Tarix
2025.09.19 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla