Yuxarı

Azərbaycana müqavilə üçün gəlirdi - Sərhəddə saxlanıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana müqavilə üçün gəlirdi - Sərhəddə saxlanıldı

Ukraynanın “Dinamo” və “Şaxtyor” klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Sport24” saytı məlumat yayıb. Mənbənin iddia etdiyinə görə, 33 yaşlı futbolçu karyerasını Azərbaycanda, "Qəbələ” klubunda davam etdirməyi planlaşdırırmış. Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir Teleqram kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, azad agent olub.

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

Tarix
2025.09.20 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla