Yuxarı

Mahirin “layk”ı etirazla qarşılandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahirin “layk”ı etirazla qarşılandı - Foto

Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli yenidən gündəmə gəlib.

Axar.az Teleqraf-a istinadən istinadən xəbər verir ki, buna Azərbaycan millisinin hücumçusunun sosial şəbəkədəki hərəkəti səbəb olub.

Belə ki, Emreli “Nürnberq”dən keçmiş komanda yoldaşı Robin Knoxenin “Kayzerslautern”in qapısına vurduğu qolu İnstaqram hesabında paylaşıb, Mahir isə bunu bəyənib.

Rəqib futbolçunun Emrelinin hazırkı komandasına vurduğu qolu “layk” etməsi birmənalı qarşılanmayıb və etiraza səbəb olub.

Narazılığln əsas səbəbi isə həmin qolun “Kayzerslautern”i qələbədən (1:1) məhrum etməsidir.

Almaniya mediası futbolçunun bu addımını hazırkı klubunu qəsdən qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib. Emreli sabiq klubuna qarşı görüşü “qripə bənzər infeksiya” səbəbindən buraxmışdı.

Qeyd edək ki, yay fasiləsində “Nürnberq”dən “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçu bu mövsüm cəmi üç oyuna çıxıb. Onun son matçı avqustda baş tutub. Emreli çərşənbə günü keçiriləcək Almaniya Kubokunun “Fürt”ə qarşı oyununda da iştirak etməyəcək.

Tarix
2025.10.29 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla