Yuxarı

Qurbanov "Ayaks"la oyundan danışdı: Adi bir matç kimi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov "Ayaks"la oyundan danışdı: Adi bir matç kimi...

Bu oyuna adi bir matç kimi yanaşmaq olmaz, qarşılaşma çox vacibdir. Ola bilsin ki, azarkeşlər turnir cədvəlinə məndən daha çox baxır və oyunları daha dərindən analiz edirlər. Bəlkə mən bəzi detallara toxunmuram, amma fanatlar bunları görür.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Karvan-Yevlax”la keçirilən oyundan (2-0) sonra mətbuat konfransında Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Ayaks”la matç barədə danışarkən deyib.

“Biz isə diqqətimizi tam oyuna yönəltməliyik, bunun futbolçulara da müsbət təsiri olar. Çempionat matçına hazırlaşmaqla yanaşı, fikrimizdə həmin görüşü də tuturuq. "Ayaks"ın özünəməxsus oyun fəlsəfəsi var, bir neçə oyunlarını izləmişəm. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Məni ən çox narahat edən indiki yanaşmadır: sanki rəqib sonuncu pillədədir deyə, qələbə indidən bizimdir. Bu arxayınlıqdan uzaqlaşmaq lazımdır. "Ayaks" da qarşıdakı oyunlara, xüsusilə də bizimlə matça köklənib. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında qrupda sonuncu olsaq da, 3-4 oyunda rəqibdən üstün idik. Sadəcə qismət olmadı. Bəlkə də daxildə nələrisə səhv etmişdik, ya da kollektivdə lazımi səmimiyyət və dostluq atmosferi yox idi”, - Q.Qurbanov qeyd edib.

Tarix
2025.11.29 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla