Yuxarı

Rio-2016-da nə qədər medal qazanacağıq? - Proqnoz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rio-2016-da nə qədər medal qazanacağıq? - Proqnoz

"Assoşeyted Press" agentliyinin ekspertləri Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında idmançıların potensial imkanlarını açıqlayıb.

Axar.az xəbər verir ki, ekspertlərin rəyinə görə, Azərbaycan Rio-2016-da 13 medal qazanacaq. Qızıl medallara cüdoçu Rüstəm Orucov (73 kq) və yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) sahib olacaq. Boksçular Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq) və Yana Alekseyevna (60 kq) yarışı ikinci pillədə başa vuracaqlar.

Bürünc medalı isə yığmamıza boksçu Pərviz Bağırov (69 kq), avarçəkən İnna Osipenko-Radomskaya, idman gimnastı Oleq Stepko, taekvondoçu Radik İsayev (80 kq), yunan-Roma güləşçisi Saman Təhmasibi (85 kq) və sərbəst güləşçi Hacı Əliyev (57 kq) qazandıracaqlar.

Azərbaycanın mötəbər yarışı 2 qızıl, 5 gümüş və 6 bürünc medalla başa vurması proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan London-2012 Yay Olimpiya Oyunlarında 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.

Tarix
2016.08.04 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

Simonyan Bakıya mümkün səfəri barədə danışdı

Bayramov Kestutis Budrislə danışdı

Ermənistana 989 ton olan dizel göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla