Yuxarı

Millimiz İrəvandakı çempionata qatılmaqdan imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz İrəvandakı çempionata qatılmaqdan imtina etdi

İrəvanda keçiriləcək Avropa çempionatına getməyi heç fikrimizdən belə keçirmirik.

Axar.az xəbər verir ki, bunu Prosport.az-a açıqlamasında güllə atıcılığı üzrə millimizin baş məşqçisi İradə Aşumova deyib.

27 fevral - 5 mart tarixlərində 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Hazırda Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərdə istiləşmə hiss olunur.

Bəs Azərbaycan millisi Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının 2026-cı ildə ilk mötəbər yarışında iştirak edəcəkmi?

Olimpiya, üçqat dünya mükafatçısı olmuş 67 yaşlı İradə Aşumova bildirib ki, həmin yarışa qatılmayacaqlar:

"Bizim tərəfdən III MDB Oyunları zamanı erməni idmançılara dövlət tərəfindən təhlükəsizlik zəmanəti verilmişdi. Onlar gəlib burada yarışmadılar. Ona görə biz də qərar verdik ki, həmin Avropa çempionatında iştirak etməyək. Bunun üçün heç dövlət qurumuna müraciət də etmədik".

Tarix
2026.01.06 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla