Yuxarı

Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Azərbaycan millisinin və "Qarabağ"ın ulduzu Nəriman Axundzadə karyerasında yeni bir səhifə açdı. İstiqamət isə uzaq ABŞ – MLS Liqasıdır. Bəs Nərimanın transfer olunduğu “Kolumbus Kryu” necə bir klubdur? Sadəcə bir MLS təmsilçisi, yoxsa... Gəlin Nərimanın yeni komandasını yaxından tanıyaq.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, 1994-cü ildə qurulan “Kolumbus Kryu” MLS-in ilk 10 komandasından biridir.

Yəni liqanın qurucularından hesab olunur. Ohayo ştatını təmsil edən klub, ABŞ futbol tarixində xüsusi bir yerə sahibdir. Onlar ölkədə xüsusi olaraq futbol üçün inşa edilmiş ilk stadionu tikən klub kimi tarixə düşüblər. Ləqəbləri rənglərinə uyğun olaraq “The Black & Gold” (Qara və Qızıl) və ya “The Crew”dur (Ekipaj). Nərimanın yaşayacağı Kolumbus Ohayo ştatının paytaxtıdır, gənclərin üstünlük verdiyi, sakit amma inkişaf etmiş bir şəhərdir.

Nəriman Axundzadə sıradan bir orta səviyyəli kluba getmir. O, hazırda ABŞ-nin ən güclü formaya malik komandalarından birinə qoşulur. “Kolumbus Kryu” son illərdə əsl qızıl dövrünü yaşayır. Komanda 2023-cü ildə MLS-in çempionu olub. Bir il sonra isə Şimali Amerika klubları arasında keçirilən Liqa Kuboku turnirinin qalibi olub. Komanda həmin il KONKAKAF Çempionlar Kubokunun finalçısı da olub. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşündə Meksika təmsilçisi “Paçuka”ya 0:3 hesabı ilə məğlub olublar.

Ötən mövsüm isə “Kolumbus” MLS-in müntəzəm çempionatının həm Şərq Konfransında, həm də ümumi cədvəlində “İnter Mayami”dən sonra ikinci olub və pley-offa vəsiqə qazanıb. Lakin komanda bu mərhələdə finala qədər irəliləyən “Nyu-York Red Bulls”a məğlub olaraq mübarizəni dayandırıb.

“Kolumbus Kryu” 3 dəfə (2008,2020 və 2023) ABŞ çempionu olub. “Qara qızılılar” bu göstəricidə yalnız “Los-Anceles Qalaksi” (6) və “Di Si Yunayted”dən (4) geri qalır. Uzun sözün qısası, Nəriman qalibiyyət ruhu olan, titular üçün mübarizə aparan bir kollektivə gedir.

Axundzadə olduqca səviyyəli futbolçularla çiyin-çiyinə oynayacaq. Onlardan biri yarımmüdafiəçi Dieqo Rossidir ki, onu azərbaycanlı azarkeşlər “Fənərbağça”dakı çıxışı ilə tanıyır. O, liqanın ən təhlükəli futbolçularından biridir.

Bundan əlavə, Nəriman erməniəsilli vinger Maks Arfsten ilə komanda yoldaşı olacaq. O, Fresnodakı erməni icmasından olan tanınmış iş adamı Samuel Siroonyanın nəticəsidir. Siroonyanın özü də erməni mühacirlərinin ailəsindən olub. Yerli diaspordakı fəaliyyəti ilə tanınıb. Maks Arfsten ABŞ millisinin üzvüdür. O, Ermənistan yığmasında oynamaqdan imtina edib.

Komanda ev oyunlarını 2021-ci ildə istifadəyə verilən 20371 azarkeş tutumlu ultramüasir “ScottsMiracle-Gro Field” stadionunda keçirir. Arenanın tikintisi 314 milyon dollara başa gəlib. "Nordeke" adlanan azarkeş tribunası MLS-dəki ən səs-küylü və çılğın atmosferlərdən birini yaradır. Nəriman üçün "Qarabağ"ın avrokubok oyunlarındakı ab-havadan sonra bura yad gəlməyəcək.

Göründüyü kimi, Nəriman Axundzadənin “Kolumbus Kryu”ya keçidi sadəcə bir transfer deyil, həm də böyük bir sınaqdır. O, inkişafda olan, sürətli və fiziki güc tələb edən bir liqaya, özü də çempionluğa oynayan bir kluba gedir.

Tarix
2026.02.11 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Vensin Şəhidlər xiyabanını ziyarət etməsi bunun ifadəsidir

İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

Vensin Bakıya səfəri, Prezidentlə görüşü... - Video

ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım...

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla