Yuxarı

Gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim etdi

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan “Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb.

Axar.az xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi ilə baş tutub.

Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın inteqrasiyası və “last-mile” problemləri kimi çağırışlara innovativ və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail olmaqdır.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.

Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.

Final mərhələsində komandalar layihələrini problemin əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli, iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı əsasında qalibləri seçib və mükafatlandırıb.

“Urban Hackathon 2026” gənclərin şəhər inkişafında rolunu gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Tarix
2026.03.26 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Foto

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla