Yuxarı

Mayami şirkəti Lionel Messini məhkəməyə verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi

Mayamidə fəaliyyət göstərən və idman, musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşan VID şirkəti "İnter Mayami"nin hücumçusu Lionel Messini və Argentina Futbol Assosiasiyasını (AFA) məhkəməyə verib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb. Buna səbəb tərəflər arasındakı müqavilə şərtlərinin pozulması olub.

Belə ki, VID şirkəti ötən ilin oktyabrında Argentina millisinin Venesuela (1:0) və Puerto-Riko (6:0) yığmaları ilə keçirdiyi iki yoldaşlıq oyununun təşkili üçün eksklüziv hüquqların əldə edilməsinə dair AFA ilə 7 milyon dollar dəyərində müqavilə bağlayıb. Razılaşmaya əsasən, Messi zədələnmədiyi təqdirdə hər matçda ən azı 30 dəqiqə meydanda olmalı idi.

Lakin argentinalı ulduz Venesuela yığması ilə oyunda iştirak etməyib. Əvəzində o, ertəsi gün MLS çərçivəsində "Atlanta"ya qarşı keçirilən matçda (4:0) forma geyinib və dubla imza ataraq üstəlik 1 məhsuldar ötürmə də edib.

Qeyd edək ki, şirkət rəhbərliyi 38 yaşlı superulduzun meydançaya çıxmaması səbəbindən milyonlarla dollar gəlir itirdiyini iddia edir. Hazırda şirkət vurulan bütün maddi zərərlərin ödənilməsini və əlavə təzminat tələb edir.

Tarix
2026.04.16 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla