Yuxarı

Baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm - Sadıqov

Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis son anda məğlubiyyətdən qurtulmaqlarının qürurverici olduğunu bildirib:

"İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq".

R.Sadıqov matçın sonunda baş verən qalmaqala görə paytaxt təmsilçisindən üzr istəyib:

"Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm".

Baş məşqçi "Son dəqiqələrdə vurduğunuz qolu, baş verən qalmaqalı necə şərh edərdiniz" sualını belə cavablandırıb:

"Deyilənə görə, ehtiyat oyunçuların qarşısında qolu qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm".

Tarix
2026.04.18 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla