Yuxarı

“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qazanc əldə edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qazanc əldə edəcək

“Turan Tovuz” qarşıdan gələn dünya çempionatına görə FİFA-dan gəlir əldə edəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu, komandanın futbolçusu Roderik Milllerin mundialda iştirakına görə olacaq. Daha əvvəl məlumat verdiyimiz kimi, 34 yaşlı müdafiəçi DÇ-2026-nın iştirakçılarından olan Panama millisinin 26 nəfərlik yekun heyətində yer alıb.

FİFA rəsmi saytı vasitəsi ilə elan edib ki, dünya çempionatında milli komandalarla yanaşı, klublar da maliyyə qazancı əldə edəcək. FİFA Şurası təsdiqləyib ki, mundial üçün 250 milyon dollarlıq fond ayrılıb. 11 iyun - 19 iyul tarixlərində keçiriləcək final mərhələsində futbolçuları iştirak edən klublar arasında bölüşdürüləcək. Burda ödənişlər futbolçunun heyətdə yer alması və turnirdə keçirdiyi günlərin sayına əsasən hesablanacaq. İlkin hesablamalara görə, minimum ödəniş hər futbolçu üçün gündə təxminən 5000 dollar olacaq. Dəqiq məbləğ turnirdən sonra açıqlanacaq.

Bu o deməkdir ki, DÇ-2026-nın final mərhələsinin başlandığı 11 iyundan etibar “Turan Tovuz” Roderik Millerə görə hər gün üçün ən azı 5000 min dollar gəlir əldə edəcək. Panama millisi İngiltərə, Xorvatiya və Qana ilə birgə L qruıpunda yarışacaq. Onlar qrupda son matçlarını iyunun 28-də İngiltərəyə qarşı keçirəcəklər. Bu o deməkdir ki, Miller DÇ-2026-da qalacağı ən azı 18 gün müddətində 90 min dollar gəlir əldə edəcək. Lakin Panama qrup mərhələsini adlayarsa, məbləğ daha da arta bilər.

Xatırladaq ki, mundialda Azərbaycan Premyer Liqasından olan ilk və hələlik yeganə futbolçu Roderik Millerdir.

Tarix
2026.06.08 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla