Yuxarı

DÇ-2026: İrana ayrılan azarkeş biletləri ləğv edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026: İrana ayrılan azarkeş biletləri ləğv edildi

DÇ-2026-nın başlamasına iki gün qalmış İran millisinin azarkeşləri üçün ayrılmış bilet kvotası ləğv edilib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) açıqlama yayıb.

İran tərəfi bildirib ki, bir çox azarkeş rəsmi prosedurlara əsaslanaraq ABŞ-a səfər planlarını artıq hazırlasa da, komandanın oyunlarına bilet əldə etmək imkanından məhrum olub.

Qeyd olunub ki, iştirakçı ölkə kimi İrana hər oyun üçün ayrılan bilet kvotası gözlənilmədən geri götürülüb. İran tərəfi bunu beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə zidd addım kimi qiymətləndirib.

İFF qərarın kim tərəfindən verildiyini açıqlamayıb, lakin FİFA-nı məsələyə müdaxilə etməyə və neytrallıq prinsiplərinə əməl olunmasını təmin etməyə çağırıb. FİFA isə hələlik rəsmi mövqe bildirməyib.

Qeyd edək ki, İran millisi dünya çempionatının G qrupunda Belçika, Misir və Yeni Zellandiya ilə qarşılaşacaq. Komandanın qrup mərhələsindəki bütün oyunları ABŞ-da keçiriləcək.

Tarix
2026.06.09 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla