Yuxarı

“Qarabağ”ın rəqibləri bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın rəqibləri bəlli oldu

“Qarabağ”ın 2026/2027-ci illər mövsümünə hazırlıq planı bəlli olub.

Axar.az klubun rəsmi saytına istinadla xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək Ağdam təmsilçisi hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi Tirol əyalətində olacaq və iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qarabağ” iyunun 27-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda əvvəlcə Ukraynanın “Metallist”, ardınca isə Macarıstanın "Ferensvaroş" klubu ilə üz-üzə gələcək. Matçlar müvafiq olaraq, saat 15:00 və 20:00-da start götürəcək.

Tarix
2026.06.09 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla