Yuxarı

İTV-dən DÇ-2026 ilə bağlı mühüm açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-dən DÇ-2026 ilə bağlı mühüm açıqlama

Bu gün start götürəcək futbol üzrə dünya çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya (İTV) tərəfindən FİFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin III turunda eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.

Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İTV-nin yutub kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İTV-nin rəsmi yutub kanalında canlı təqdim olunacaq.

İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.

Azarkeşlər hər gün saat 12:30-da “FİFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin yutub kanalında da təqdim olunacaq.

Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.

Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un şərhçiləri cəlb olunacaq.

Tarix
2026.06.11 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla