Yuxarı

Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama

Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin Azərbaycan İctimai Televiziyasının Yutub platformasında yayımlanmaması azarkeşlərdə məyusluq yaradıb. Məyusluq yaradan nüanslardan biri də Dünya Çempionatının bütün oyunlarının Yutub üzərindən yayımlanmayacağı ilə bağlıdır.

Axar.az xəbər verir ki, İcmai Televiziyanın mətbuat katibi Ələsgər Vəliyev Modern.az-a açıqlamasında Yutub üzərindən yalnız 15 oyunun yayımlanmasının FIFA-nın lisenziya qaydaları ilə tənzimləndiyini və bu məhdudiyyətin televiziya kanalının qərarı olmadığını bildirib.

“İctimai Televiziya olaraq Yutub üzərindən 15 oyunu yayımlamaq hüququmuz var. Bu, FIFA-nın lisenziya qaydalarından irəli gəlir. Məhdudiyyəti biz tətbiq etmirik. Beynəlxalq hüquq və lisenziya tələbləri belədir. Digər ölkələrdə necə tətbiq olunursa, Azərbaycanda da eyni qaydalar qüvvədədir”, - deyə o qeyd edib.

Ə.Vəliyev yayımlarla bağlı hər hansı maliyyə probleminin olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, turnirin bütün oyunları tamaşaçılara canlı təqdim olunacaq:

“Dünya Çempionatında ümumilikdə 104 oyun keçiriləcək. Onlardan 92-si İctimai Televiziya tərəfindən canlı yayımlanacaq. Qalan 12 qarşılaşma isə eyni vaxtda keçirildiyinə görə, İTV tərəfindən elə bir şərait yaradılıb ki, həmin oyunları CBC Sport kanalı nümayiş etdirsin. Beləliklə, bütün 104 oyun tamaşaçılara canlı şəkildə təqdim olunacaq”.

Mətbuat katibi əlavə edib ki, azarkeşlər qarşılaşmaları təkcə televiziya vasitəsilə deyil, rəqəmsal platformalardan da izləyə biləcəklər.

“Eyni zamanda İTV.az saytında bütün oyunlar canlı yayımlanacaq”, - deyə Ələsgər Vəliyev bildirib.

Tarix
2026.06.12 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla