Yuxarı

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

DÇ-2026-nın ən çox müzakirə olunan yeniliklərindən biri matç ərzində iki dəfə tətbiq olunan su fasilələridir. Amerika idmanında adi hal sayılan bu yenilik Avropa futbol məktəbinin nümayəndəsi olan məşqçilərin narazılığına səbəb olub.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, İsveç millisinin baş məşqçisi Qrem Potter bu fasilələrin oyunun gedişinə təsir göstərə biləcəyini deyir:

“Artıq demək olar ki, bu fasilələr oyunun dinamikasını dəyişir. Çünki matç iki hissə yox, sanki dörd hissə şəklində oynanılır. Bu, aydın məsələdir. Amma üstünlüyə malik olan komanda fasilədən sonra həmin üstünlüyü itirə bilər. Şikayət etmirəm. Qayda budursa, buna uyğunlaşmalıyıq”.

ABŞ millisinin baş məşqçisi Mauricio Poçettino da bu yeniliyi bəyənmədiyini gizlətməyib:

“Bu, mənim xoşuma gəlmir. Belə fasilələri yalnız hava şəraiti həqiqətən ekstremal olanda dəstəkləyirəm. Hava normaldırsa, buna ehtiyac yoxdur”.

Lakin su fasiləsi ilə bağlı şok iddialar da var. Bəzi xəbərlərə görə, su fasilələrinin əsas məqsədi futbolçuların istirahəti deyil, reklam yayımı üçün əlavə vaxt yaratmaqdır. Jurnalist Romain Molinanın məlumatına görə, mundialın Meksika – Cənubi Afrika (2:0) açılış oyununda hakim futbolçuların oyuna qayıtmasını bir qədər gecikdirib, çünki televiziya reklam bloku hələ başa çatmayıb. Bu isə fasilələrin hava şəraitindən daha çox kommersiya məqsədlərinə xidmət etdiyi barədə fikirləri gücləndirib.

Tarix
2026.06.15 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla