Yuxarı

Şumaxerin həkimi: “Pis xəbərə hazır olun”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şumaxerin həkimi: “Pis xəbərə hazır olun”

"Formula 1" yarışlarının köhnə və təcrübəli həkimi sayılan Gary Hartstein Fransada xizək sürərkən ağır yaralanan və müalicəsi hələ də davam "Formula 1"in əfsanəvi pilotu Mixayıl Şumaxerlə bağlı açıqlama verib.

"Axar.az"ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həkim Hartstein olduqca bədbin danışıb: "Şumaxerlə bağlı ən pis ssenariyə hazırlıqlı olmaq lazımdır".

Sosial media hesabından Şumaxerin sağlamlıq vəziyyəti ilə bağlı məlumat paylaşan Hartstein əfsanəvi pilotun 8 həftədir süni koma vəziyyətində olmasını və vəziyyətinin kritik olduğunu ifadə edib.

"Zaman keçdikcə Şumaxerin vəziyyətində əhəmiyyətli inkişaf ehtimalı daha da azalır. Hər cür ehtimala hazırlıqlı olmaq lazımdır".

Kariyeraası ərzində 7 dəfə "Formula 1" çempionluğu qazanan pilotun hər zaman çox sevilən biri olduğunu xatırladan Hartstein, illərcə hər yerin Ferrari bayraqları, şapkaları və köynəkləriylə örtülməsini xatırladaraq, Şumaxerin ötən illər ərzindəki uğurlarını da yada salıb. Həkim həm də pis xəbərə hazır olmağa çağırış edib:

"Ailəsinin xüsusi istəyi ilə Şumaxerin vəziyyətindəki dəyişikliklər davamlı olaraq izlənilmədiyindən, pilotun sevənləri ümidlənməyə davam edir. Pis bir xəbər ortaya çıxarsa, pərəstişkarlarının yaşayacağı vəziyyət məni daha çox narahat edəcək".

Yanvar ayının sonunda aldığı narkozun azaldılmasına başlanılan məşhur pilot süni komadan oyandırılma müddətinə keçib. Ancaq uzun zamandır ki, müsbətə doğru heç bir dəyişiklik yoxdur.

Tarix
2014.03.26 / 22:15
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla