Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Sentyabr 2020


Tağı Əhmədov generalla yarışı izlədi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:36

Eks prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları rinqə çıxıblar.

Musavat.com xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda iki ölkənin ən güclü idmançıları öz güclərini sınayıblar.

İlk olaraq söz WAKO ASIA-nın prezidenti, eyni zamanda İran WAKO Federasiyasının rəhbəri Nasser Nassiriy verilib.

O, Bakıda olmaqdan böyük şərəf duyduğunu açıqlayıb: “Belə böyük turnirdə mən də iştirak etdiyim üçün qürur hissi keçirirəm. Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür edirəm. Burada olduğumuz vaxt Azərbaycan mədəniyyəti ilə bağlı tanış olmaq üçün böyük şans qazandıq. Şounun gözəl alınacağına inanıram”.

Daha sonra çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov yarışın əhəmiyyətindən söhbət açıb.

O bildirib ki, bu cür yoldaşlıq görüşləri 2 ölkə arasında münasibətləri daha da inkişaf etdirir: “Azərbaycan idman ölkəsidir. Bütün idman növlərinə diqqət göstərilir. Bu yarış 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Məqsədimiz idmanı gənclər arasında kütləviləşdirməkdir”.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev yarışın ənənəvi xarakter daşıdığını xatırladıb.

O, bu yarışın Azərbaycan və ölkə xaricində daimi keçiriləcəyini də vurğulayıb: “Azərbaycanda idmana dövlət tərəfindən qayğı göstərilir. Bunun nəticəsi olaraq ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər keçirilir. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və idmana dəstək verən bütün şəxslərə təşəkkür edirəm. Çünki Azərbaycanda heç vaxt olimpiya və qeyri-olimpiya idman növləri fərqləndirilməyib. Hamısına eyni dərəcədə qayğı göstərilir”.

AKF-in rəhbəri idmanda kütləviliyin təmin olunmasından da söz açıb. O bildirib ki, bütün federasiyalarda işlər yüksək səviyyədə görülür: “Bu gün idmanla məşğul olan hər bir azərbaycanlı dünya, Avropa və ya olimpiya çempionu olmaya bilər. Amma onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Bu səbəbdən də idmanın kütləviləşməsində bir-birimizə dəstək verməliyik. Bugünkü döyüş isə iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmlənməsinə xidmət edir. Biz yaxın qonşuyuq və bir-birimizdən lazımi təcrübəni öyrənməliyik”.

Rəsmi başa çatdıqdan sonra rinq ilk olaraq Ruslan Musayev çıxıb və Həmid Amnini məğlub edib. Daha sonra rinqə çıxan Rəhim Əliyev Əli Bani Əsədi nokauda salaraq qalib gəlib.

Növbəti döyüş Alışan Aslanlı və Seyid Əmir arasında keçirilib və həmyerlimiz məğlub olub.

K-1 versiyası ilə döyüşən həmyerlilərimizin heyətində isə dəyişiklik edilib. 81 kq çəki dərəcəsində Abufazil Qudarzi ilə gücünü yoxlamalı olan Ehtiram Rzayevi dünya çempionu Emin Mövsümzadə əvəzləyib. O da bu etimadı doğruldub. Rəqibi üzərində inamlı qələbə qazanan kikboksçu iranlılarla fərqi yenidən 2-yə çatdırıb – 3:1.

Bir gün öncə çəkisi artıq olan, lakin son anda 1,6 kq çəki atan Orxan Məlikov da görüşü qələbə ilə başa vurub. O, Omid Nüsrətini rinqə çıxmağa peşman edib. Bu, digər görüşlərin nəticəsindən asılı olmayaraq, yığmamızın İran üzərində qələbə qazanacağını da rəsmiləşdirib.

Buna baxmayaraq, 6-cı qarşılaşma da millimizin aktivinə yazılıb. Kikboksçumuz Elşən Qəniyev İraj Muradinin zəif olduğunu sübuta yetirib.

Ramal Aslanov - Həmid Asli görüşü də həmyerlimizin xeyrinə başa çatıb. İdmançımız yarışı gözəl döyüşlə bitirib. Beləliklə, VIII Heydər Əliyev Kuboku Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Kikboksçularımız rəqiblərini 6:1 hesabı ilə məğlub ediblər.

Azərbaycan – İran - 6:1

Lou-kik

63,5 kq. Elşən Qəniyev - İraj Muradi - 2:1
67 kq. Ruslan Musayev - Həmid Amni - 3:0
71 kq. Rəhim Əliyev - Əli Bani Əsəd - 3:0
75 kq. Alışan Aslanlı - Seyid Əmir - 0:3

K-1

71 kq. Ramal Aslanov - Həmid Asli - 3:0
81 kq. Emin Mövsümzadə - Abufazil Qudarzi - 3:0
86 kq. Orxan Məlikov - Omid Nüsrəti - 3:0

Tarix
2017.03.03 / 23:29
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

"Səbail" və "Zirə"dən əzmkar qələbə

Abbasovdan unikal nəticə: Moskvada qələbə...

"Qarabağ" son saniyədə məğlubiyyətdən xilas oldu

"Legiya"-"Qarabağ" matçının saatı açıqlandı

Fiziki aktivlik lazımdır, zallar açıla bilər - Professor

UEFA Super Kubokunun sahibi bəlli oldu

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli oldu

DÇ-2022-nin seçmə oyunlarının vaxtı bəlli oldu

"Qarabağ"ı məğlub edən "Molde" qələbəni əldən verdi

Azərbaycanlı döyüşçü rəqibini belə nokaut etdi - Video

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla