Yuxarı

Almanlarla oyun ən asan oyunumuz olacaq - Prosineçki

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almanlarla oyun ən asan oyunumuz olacaq - Prosineçki

Qətər millisi ilə yoldaşlıq oyunu bizim üçün çox vacib idi. Dünya çempionatının seçmə mərhələsində Almaniya millisi ilə oyunumuza az vaxt qalıb. Yoldaşlıq oyununda yeni futbolçuları sınaqdan keçirmək imkanımız oldu. Bu matçda ancaq Premyer Liqada çıxış edən futbolçulara şans verdim. Qarşılaşma bizim üçün uğurla nəticələndi.

Axar.az xəbər verir ki, bu sözləri martın 14-də təşkil olunan brifinqdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Yığma komandada qapıçı probleminin olduğunu vurğulayan xorvatiyalı mütəxəssis bildirib: “Kamran Ağayev “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətər millisi ilə oyunda özünü yaxşı göstərə bildi. Ancaq o da zədələndi. Almaniya ilə oyuna hələ vaxt var. Buna baxmayaraq, Kamran Ağayev bizim bir nömrəli qapıçımızdır”.

“Qarabağ”ın futbolçusu Riçard Almeydanın gələcəkdə milli komandamızın heyətində çıxış edəcəyini bildirən R.Prosineçki onun artıq yığmanın təlim-məşq toplanışına cəlb olunduğunu və buradakı ab-havanı hiss etməsinin vacibliyini vurğulayıb.

“Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Almaniya ilə matçı qrupda bizim üçün ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarından biridir. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudur. Heyətdəki futbolçular ən güclü klublarda oynayırlar. Buna görə də üzərimizdə təzyiq yoxdur. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq”, - deyə xorvatiyalı mütəxəssis əlavə edib.

Tarix
2017.03.15 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Şuşa Forumunda bu suallar niyə verilmədi?

İlham Əliyev onu bu jesti ilə təəccübləndirdi - Foto

Prezidentlər Ağdamdadır

Ötən il İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə...

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla