Yuxarı

İslamiada: 4 cüdoçumuz finalda - Yenilənir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:59

Mayın 14-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.

Axar.az xəbər verir ki, yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.

“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) - Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.

Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.

Bu gün, həmçinin paracüdoçu kişilərin yarışında 66, 73, 90 kiloqram, eləcə də 100 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar. Paracüdo yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

Bayram Mustafayev (66 kq) finalda yarışmaq üçün əlcəzairli Mohammed Kamel Bellabasla, eyni çəkidə Elçin Talıbov ilk mərhələdə özbəkistanlı Utkirjon Niqmatov, sonrakı döyüşdə isə türkiyəli Recep Ciftçi ilə gücünü sınayacaq.

Turnirə yarımfinaldan qoşulacaq Ramil Qasımov bu mərhələdə (73 kq) iranlı Mahdi Borçlou - türkiyəli Serdar Aydın cütünün qalibi ilə, həmin çəkidə Natiq Talıbov isə dörddəbir finalda əlcazairli Youcef Radjaini məğlub edəcəyi təqdirdə yarımfinalda özbəkistanlı Feruz Sayidovla qarşılaşacaq.

Rövşən Səfərov (90 kq) özbəkistanlı Şukrat Boboev, Tofiq Məmmədov isə İran cüdoçusu Mohammad Ali Şanani ilə münasibətlərə aydınlıq gətirəcək.

Paralimpiya çempionumuz İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan təmsilçisinə, Kənan Abdullaxanlı isə türkiyəli rəqibinə qarşı finala çıxmaq üçün yarışacaq.

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13 medala sahib olublar.

13:12

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın dörd nümayəndəsi qızıl medal uğrunda yarışacaq.

Axar.az xəbər verir ki, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev Oyunlarda ikinci qələbəsini qazanaraq finala yüksəlib. Atletimiz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.

Digər cüdoçumuz – “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan cüdoçumuz rəqibini ipponla məğlub edib. Elmar Qasımov finalda ölkəmizin digər təmsilçisi Elxan Məmmədov ilə qarşılaşacaq.

Tarix
2017.05.14 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla