Yuxarı

Mən sizdən daha çox narahatam - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox vacib oyuna hazırlaşırıq.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində sabah Gürcüstan çempionu “Samtredia”nı qəbul edəcək.

Qarşılaşma öncəsi “Azərsun Arena”nın konfrans zalında təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Problemlərimiz var. Bunu yaxşı dərk edirik”.

- Yeni transferlər sabah start heyətində meydana çıxacaqlarmı?

- Yox. Hələ tezdi. Onlar sabah start heyətində oynamayacaqlar.

- Riçard Almeyda meydana çıxacaqmı?

- Almeydanın iştirakı sual altındadı.

- Yoldaşlıq oyunlarındakı məğlubiyyətlərdən sonra psixoloji cəhətdən komandanı hazırlaya bilmisinizmi?

- Komandamız təcrübəli futbolçulardan qurulub. Belə hallarla çox üzləşmişik. Ümid edirəm ki, sabah oyun vaxtı səhvlərimizin sayı az olacaq.

- Sabahkı oyuna tam hazırsız?

- Tam hazır deməzdim. İstədiyim oyunu bu gün tələb etməyim düzgün deyil. Amma toplanışdan bəri çox dəyişikliklər olub. Düşünürəm ki, Bakıda olduğumuz müddət pis alınmadı.

- Dani Kintananın durumu necədi?

- O, hələ bizimlə məşq etmir.

- Hazırkı “Samtredia” ilə “Qəbələ”nin qarşılaşdığı “Samtredia” arasında nə kimi fərqlər var?

- Tam fərqlidi. Bu günkü “Samtredia” ilə həmin vaxtı komandanı müqayisə etmək düzgün deyil. Futbol günü-gündən dəyişir. Tam fərqli “Samtredia” görürük. Bu il oyun sistemlərində 3 dəfə dəyişiklik ediblər. Bu onu göstərir ki, hər an fərqli sistemlə oynaya bilərlər.

- “Transfer pəncərəsi” sizin üçün bağlanıb?

- Transferin mərhələ adlamaqla əlaqəsi yoxdu. Transfer etmək elə də asan deyil. Bəlkə də, bu il ən çox futbolçunun videoyazısına baxdığımız il oldu. Təəssüf ki, hər oyunçunu almaq olmur. Transfer məsələsi getdikcə çətinləşir. İstədiyimiz futbolçuları 5 gündən və ya 1 aydan sonra da ala bilərik.

- Azarkeşlərin oyuna marağı sizcə, necədi?

- Azarkeşlərin arasında olmamışam. Amma bir şeyi dəqiq deyə bilərəm ki, bizim oyunlarla maraqlanırlar. Kimin imkanı var stadionda olacaq, olmayan da bizimlə olacaq, qələbəmizi arzulayacaq.

- Sabah heyətlə bağlı problem olmayacaq?

- Təəssüf ki, heyətlə bağlı hər zaman problem olur. Bəzən hansısa futbolçu hazırlıqsız, bəzən də zədəli olur. Bunu aradan qaldırmağa çalışırıq. Hər bir futbolçu barədə düşünürük ki, kim nə qədər meydanda olsa, komandaya faydalı olar.

- Hazırlıq dönəmində nəticə önəmli olmasa da, 4 yoxlama görüşündəki məğlubiyyət sizə necə təsir göstərdi?

- Əslində, hər bir nəticə bizim üçün önəmlidi. Əgər məğlub olmuşuqsa, deməli, nəyisə səhv etməmişəm. Mən sizdən daha çox narahatam. Bu, belə də olmalıdı. Niyə belə arxayınam? Toplanışda buraxdığımız səhvləri tez aradan qaldırmaq mümkündü. Həmin texniki, epizodik səhvləri ilboyu edirik və onların qarşısını alırıq. Sadəcə, yoxlama görüşlərində daha çox özünü büruzə verdi. Düşünürəm ki, həmin səhvlər bu dəfə təkrarlanmayacaq.

- Gürcüstan komandaları, adətən hücumameyilli və müdafiədə səhvlər edirlər. Bunun üzərində çalışmısınızmı?

- Bu elə bir turnirdi ki, bütün komandalar çalışırlar ki, daha az səhv etsinlər. İnanmıram ki, çempionatda gördüyümüz “Samtredia”nı görəcəyik. Əksinə, daha güclü rəqiblə üz-üzə gələcəyik.

- Avropa Liqasındakı komandalarımızı izləmisinizmi?

- Həm “İnter”, həm də “Zirə”nin oyunlarını izləmişəm. Çox yaxşı təsir bağışlayıblar. Komandalarımızın avrokuboklardakı uğurlu çıxışı indiki məqamda bizim üçün olduqca vacibdi. Onlara, o cümlədən “Qəbələ”yə uğurlar arzulayıram. “Qəbələ” II mərhələdən başlayacaq ki, bu da böyük üstünlükdü. Bu qələbələrlə azarkeşləri stadionlara cəlb edə bilərik.

Tarix
2017.07.10 / 22:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla