Yuxarı

FİFA-nın rəsmi jurnalı “Neftçi”dən yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA-nın rəsmi jurnalı “Neftçi”dən yazdı

FİFA-nın həftəlik nəşri olan "The Weekly" jurnalının 19 sentyabr tarixli nömrəsində Bakının "Neftçi" futbol klubuna yer ayrılıb.

AzərTAc xəbər verir ki, məqalənin müəllifi Sven Goldmanın yazısında "Neftçi"nin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. İki il əvvəl "Neftçi"nin Avropa Liqasında oynadığını vurğulayan müəllif İtaliyanın "İnter" komandası ilə səfər oyununda qeydə alınmış 2:2 hesablı nəticəni də xatırlayıb. Yazıda SSRİ dövründə "Neftçi"nin Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlərin təmsilçiləri ilə başa-baş mübarizə apararaq, 1966-cı ildə çempionatın bürünc medallarını qazanması qeyd olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə çempionatının məhz "Neftçi"nin hegemonluğu ilə keçdiyini qabardan nəşr son mövsümdə "Qarabağ" klubunun çempion olduğunu yazıb. Ağdamın erməni işğalçıları tərəfindən zəbt edilməsindən sonra "Qarabağ" klubunun məcburi olaraq Bakıda məskunlaşdığını vurğulayan müəllif buna baxmayaraq, paytaxtın bir nömrəli klubunun "Neftçi" olduğunu önə çıxarıb. Ötən mövsüm qeydə alınan sürpriz nəticəyə rəğmən "Neftçi"nin bu il növbəti çempionluğa doğru irəlilədiyi yazıda əksini tapıb.

Sonda isə müəllif Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş oyunda "Xəzər-Lənkəran" üzərində qazanılmış qələbədən yazaraq oyuna geniş şərh verib.

Tarix
2014.09.20 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla