ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
18:14
| Ana səhifə İdman |
|
Türkiyə PTT I Liqasında VII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Mahir Şükürovun formasını geyindiyi "Karşıyaka" Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"la üz-üzə gəlib.
Görüşdə "Karşıyaka" 2:0 hesablı qələbə qazanıb. Manisada start
heyətində meydana çıxan Mahir ilk qolun müəllifi olub. O, 21-ci
dəqiqədə cərimə zərbəsindən fərqlənib. Qonaqların ikinci qolunu isə
41-ci dəqiqədə Ofoedu vurub.
Bu qələbədən sonra Şükürovun komandası xallarının sayını 11-ə
çatdırıb və 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Subaşiç də Mahir kimi oyunda sona qədər forma
geyinib. Serb futbolçu matın 73-cü dəqiqədə sarı vərəqə ilə
cəzalanıb.
|
Tarix
2014.10.26 / 13:09
|
Müəllif
Axar.az
|