Yuxarı

“Mauqli” ləqəbli azərbaycanlı son döyüşündən danışdı – Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mauqli” ləqəbli azərbaycanlı son döyüşündən danışdı – Video

Məşhur K-1 ustası Zabit Səmədov növbəti döyüşünü bu ilin dekabr ayında ABŞ-da keçirə bilər.

Bu haqda Axar.az-a tanınmış idmançı özü xəbər verib. O bildirib ki, ABŞ-dan başqa, Z.Səmədova döyüş keçirilməsi üçün digər təkliflər də gəlib.

Təkliflər arasında gələn ilin fevral-mart aylarında Dubay şəhərində keçiriləcək V "Global Fighting Championship" (GFC) adlı kikboksinq turnirinə dəvət də var. "Mauqli" ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirib və qalib gəlib. Döyüş oktyabrın 16-da Dubay şəhərində baş tutub.

"Bu döyüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabıyla uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, sözün düzü, tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik", - deyə, Zabit Səmədov bildirib.

Hazırda istirahət edən Z.Səmədov iki həftədən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini 2013-cü ilin may ayında "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçirib və inamlı qələbə qazanıb. Belə ki, Z.Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra "Pis oğlan" ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.

Tarix
2014.10.28 / 01:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla