Yuxarı

Millimizin baş məşqçisi: Bizim üçün fantastik nəticə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin "Report"a müsahibəsi:

- Azərbaycan komandalarının matçlarını izlədiniz. Ölkə futbolununun səviyyəsini necə dəyərləndirirsiniz?

- Doğrudur, mən 8-9 oyunu stadiondan canlı izləmişəm. "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Keşlə", "Zirə"nin oyunlarına baxdım və oyunçular barədə məlumatlar aldım. Turnir cədvəlinə baxanda görmək olar ki, titul uğrunda "Neftçi" və "Qarabağ" komandaları mübarizə aparır. Lakin demək olmaz ki, bu, asan yarışdır. Oyunlar heç də asan keçmir. Qələbə qazanmaq üçün ilk yerləri tutan komandalar xeyli güc sərf edirlər, bəzən xal itirirlər. Necə ki, dünən "Qarabağ" - "Zirə" ilə oyunda qələbə qazana bilmədi. Bugünki oyunun da ilk hissəsini izlədim və yaxşı oyunun şahidi oldum, "Neftçi" 3 xal üçün hər şeyini meydanda qoymalıdır.

- Qarşıdakı matçlar üçün, milli komandanın heyətini nə zaman açıqlayacaqsınız?

- Yəqin ki, qarşıdakı 2-3 gün ərzində milli komandanın heyətini açıqlayacağam. Düşünürəm ki, heyəti seçmək üçün kifayət qədər vaxtım oldu. 2-3 gün ərzində heyətdə kimlərin olduğunu biləcəksiniz.

- Düşünürdük ki, çempionatın növbəti turunu da izlədikdən sonra heyəti açıqlayacaqsınız, çünki ola bilər, həmin turda hansısa azərbaycanlı futbolçu "dubl" və ya "het-trik" etsin və heyətə düşmək şansı qazansın...

- Bir oyunla futbolçuları heyətə cəlb etmək olmaz. Mən matçları izləmişəm, oyunçular barədə məlumatım var, onların komandalarında göstərdikləri performansları görmüşəm. Ola bilər ki, hansısa oyunçu 1 görüşdə yaxşı oynasın, qol vursun, amma növbəti matçda zəif çıxış etsin. Heyətdə 20 futbolçu, 3-ü qapıçı olacaq.

- Heyətdə sürpriz adlar olacaq?

- Ola bilər ki, bir neçə yeni oyunçu dəvət edək. Amma onların 2 ya 3 olacağını demək çətindir.

- Xorvatiya ilə oyunda hədəfiniz nədir?

- Bizim üçün çətin olacaq, amma yaxşı nəticə üçün çalışacağıq. Qarşımızdakı komanda dünyanın ən güclülərindəndir. 0:0 bizim üçün fantastik nəticə olardı. Çalışacağıq ki, əlimizdən gələn hər şeyi edib yaxşı nəticə qazanaq.

- Azərbaycandakı fanatlar və jurnalistlər fikirləşirlər ki, eyni ölkədən olduğunuz üçün Xorvatiya yığması çox qol vurmayacaq...

- Bu, mənim üçün xüsusi matçdır. Azərbaycan millisinin baş məşqçisi kimi keçirəcəyim ilk oyundur və öz ölkəmdə olacaq. Yaxşı nəticə qazanamaq istəyirəm. Matçın keçiriləcəyi "Maksimir" stadionu Zaqrebdəki evimdən 1 km aralıdadır. Bu amil də mənə əlavə motivasiya verir. Xorvatiya millisinə hörmət edirik, amma dediyim kimi, yaxşı nəticə üçün çalışacağıq.

Tarix
2019.03.11 / 01:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla