Aralıq dənizində rus tankeri yanır: Dron hücumu... - Video
00:47
| Ana səhifə İdman |
|
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu baş tutub.
Axar.az xəbər verir ki, "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib.
"Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib. Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.
Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.
Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub.
|
Tarix
2019.04.01 / 20:46
|
Müəllif
Axar.az
|