Yuxarı

Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbə endiriləcək - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbə endiriləcək - İran

İran ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı İbrahim Cabbari deyib.

"Biz düşməni xəbərdar edirik: əgər o, bizim əsas mərkəzlərimizə zərbə endirmək qərarına gəlsə, biz regionun bütün iqtisadi mərkəzlərinə zərbələr endirəcəyik", - Cabbari bildirib.

O, həmçinin qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla artıq iqtisadiyyata təzyiq göstərir:

"Biz Hörmüz boğazını bağlamışıq. İndi neftin qiyməti 80 dolları ötür və tezliklə 200 dollara çatacaq".

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali dini lideri Əli Xamenei başda olmaqla, çox sayda yüksək vəzifəli məmur və general ölüb.

İran cavab olaraq ABŞ-ın Körfəz ölkələrindəki hərbi obyektlərinə və İsrailə zərbə endirir. Bir çox halda isə ərəb ölkələrində mülki infrastruktur, neft obyektləri, limanlar hədəfə alınır.

Tarix
2026.03.03 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla