Yuxarı

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

Axar.az xəbər verir ki, Frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. İsveçrə sistemi üzrə keçirilmiş turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, Serbiya və Qazaxıstandan 80-dən çox gənc şahmatçı iştirak edib.

Turnirin nəticələrinə əsasən “A” qrupunun qalibi Azərbaycandan Altay Eynullayev olub. O, Fransada keçiriləcək turnirdə iştirak etmək hüququ qazandı. “B” qrupunda isə ukraynalı Mariya Timchenko ən yüksək nəticə göstərib.

Bakcell şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş genişmiqyaslı layihələri həyata keçirir.

Tarix
2019.04.19 / 10:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla