Bakı metrosu 8 martda belə işləyəcək
12:53
| Ana səhifə İdman |
|
UEFA Krım futbol klublarının yeni mövsümdən etibarən Rusiya Premyer Liqasında iştirakını qadağan edib.
Axar.az xəbər verir ki, Krım rəhbərliyinə bağlı "SKÇF Sevastopol", "Zemçujina Yalta" və "Tavria Simferopol" klubları Rusiya Premyer Liqasında iştirak edə bilməyəcəklər.
Həmçinin UEFA və Ukraynanın icazəsi olmadan yarımadada futbol turniri də keçirilməyəcək.
Qeyd edək ki, bir müddət öncə üç Krım klubunun yeni mövsümdən etibarən Rusiya Premyer Liqasında iştirak edəcəyi açıqlanıb.
|
Tarix
2014.12.04 / 23:25
|
Müəllif
İlham Sahiloğlu
|