Yuxarı

Bakı-2019: Azərbaycan sıralamada neçəncidir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2019: Azərbaycan sıralamada neçəncidir?

İyulun 22-də - “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.

Axar.az xəbər verir ki, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir. Komandamızın aktivində 10 medal – 4 qızıl, 4 gümüş və 2 bürünc medal var. Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.

Festivala iyulun 27-də yekun vurulacaq.

Tarix
2019.07.23 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla